Aktual müsabiqələr
Müsabiqələr elanı
Əbd əl-Fəttah Füməninin “Gilan tarixi” (farsca Tarix-e Gilan) traktatının fars dilindən rus dilinə tərcüməsi
Beynəlxalq Talış Fondu (ITF) və Talış Milli Akademiyası (TMA) Əbd əl-Fəttah Fuməninin “Gilanın tarixi” (farsca, "Tarix-e Gilan") traktatının fars dilindən rus dilinə (hər birində boşluq olmaqla orta hesabla 850-1250 işarədən ibarət 305 səhifə. Mətnlə keçiddə tanış olmaq olar) tərcüməsi üçün tədqiqat və tərcümə üzrə qrant müsabiqəsini elan edir.
Qrant üçün iranşünaslar (o cümlədən aspirantlar) və fars dili tərcüməçiləri müraciət edə bilərlər.
Qrantın məbləği – 3000 avro.
Üstünlük 16-18-ci əsrlərin fars dilindəki mətnləri çevirmə təcrübəsinə malik olan ərizəçilərə veriləcək. Namizədlərin işləri arasında Talış və Gilan tarixinə (xüsusən 16-18-ci əsrlərə) aid nəşrlərin olması da üstünlükdür, lakin müsabiqədə iştirak üçün məcburi şərt deyil.
Ərizədə namizədlər tərəfindən nəşr olunmuş fars dilindən tərcümələrin biblioqrafiyası (dil, dövr və/və ya hadisələrin lokalizasiyası baxımından Əbd-əl-Fəttah Fuməninin traktatına ən yaxın olan əsərlər siyahının əvvəlində qeyd olunmalıdır), həmçinin, varsa, İran tarixinə dair nəşrlər (dövr və/yaxud hadisələrin lokalizasiyası baxımından Əbd-əl-Fəttah Fuməninin traktatına ən yaxın olan əsərlər siyahının əvvəlində qeyd olunmalıdır) göstərilməlidir.
Ərizə həm bir namizəddən, həm də 3 nəfərdən çox olmayan namizədlər qrupundan təqdim edilə bilər. İkinci halda, ərizədə bütün ərizəçilər haqqında məlumatlar ayrıca əks olunmalıdır. Bundan əlavə, yekun mətnin vahid üslub və qrammatik formata gətirilməsi və qrant verənlərə maliyyə hesabatının verilməsi üçün cavabdeh olan qrup rəhbəri müəyyən edilməlidir. Qrup daxilində qrantın bölgüsü tədqiqatçıların özləri tərəfindən müəyyən edilir, lakin onlar bunu ərizələrində göstərməlidirlər.
Ərizə ilə birlikdə traktatın birinci fəslinin ilk üç səhifəsinin tərcüməsi də təqdim edilməlidir. Ərizə namizədlər qrupundan verilirsə, birinci ərizəçi (qrup rəhbəri) birinci fəslin ilk üç səhifəsinin tərcüməsini (kitabın 24-26-cı səhifələri), ikinci ərizəçi 4-6-cı səhifələrin tərcüməsini (kitabda 27-29-cu səhifələr), üçüncü ərizəçi – 7-9-cu səhifələrin tərcüməsini (kitabda 30-32-ci səhifələr) təqdim edir. Hər bir ərizəçinin tərcümə tərzi digər ərizəçilər tərəfindən dəyişdirilmədən qorunmalıdır.
Qrant verənlər bir ərizəçinin və ya ərizəçilər qrupunun bir ərizəsinin qələbəsinə üstünlük verir, lakin qrantı 3 nəfərdən çox olmayan bir neçə ərizəçi arasında bölüşdürmək hüququnu özündə saxlayır. Bu halda traktat müsabiqənin qalibləri arasında tərcümə üçün bərabər hissələrə bölünəcək. Müsabiqənin mümkün ikinci mərhələsində qrant verənlər ərizəçilərlə aparılmış müsahibələrin nəticələrinə əsasən qrup rəhbərini müəyyən edəcəklər. Qrup rəhbəri yekun mətnin vahid stilistik və qrammatik formata gətirilməsinə cavabdeh olacaq. Bu halda qrant məbləğinin bölgüsü bu şəkildə olacaq: iki ərizəçi müsabiqədə qalib gələrsə, qrup lideri 1650 avro, ikinci ərizəçi isə 1350 avro alacaq; müsabiqədə üç namizəd qalib gələrsə, qrup rəhbəri 1180 avro, digər iki ərizəçinin hər biri 910 avro alacaq. Qrant verənlərin qarşısında maliyyə hesabatlılığı hər bir qalibin öhdəliyində qalacaq. Tərcümə 6 ay ərzində (10 oktyabr 2024-cü ilə qədər) tamamlanmalıdır. 10 noyabr 2024-cü il tarixinədək tərcümə ITF və TMA əməkdaşları tərəfindən çap üçün səhifələnəcək. Səhifələr şəklində yığılmış tərcümənin düzəldilməsi ərizəçilər tərəfindən 10 dekabr 2024-cü il tarixinədək tamamlanmalıdır.
Tərcümə tamamlandıqca qrant hissə-hissə veriləcək: 1200 avro - mətnin 50%-nin tərcüməsi tamamlandıqdan sonra (10 iyul 2024-cü il tarixinədək) , 1200 avro - mətnin qalan 50%-nin tərcüməsi başa çatdıqdan sonra (10 oktyabr 2024-cü il tarixinədək), 600 avro - mətnin tərtibatı və yekun düzəlişindən sonra (10 dekabr 2024-cü il tarixinədək).
Müraciət edənlər yuxarıda göstərilən ödəniş mərhələləri və layihənin tamamlanması üçün son tarixləri saxlamaq şərti ilə tərcümənin yerinə yetirilməsi üçün öz təqvimlərini təklif etmək hüququna malikdirlər. Ərizə namizədlər qrupu tərəfindən təqdim olunarsa, qrant verənlər layihənin icra müddətinin azalmasını gözləyirlər.
Müsabiqənin qalibləri müəyyən edilərkən müraciət edənlərin vətəndaşlığı və yaşayış yeri əhəmiyyət kəsb etmir.
Qrant üçün son müraciət tarixi: 21 mart 2024-cü il, CET vaxtı ilə saat 21:00.
Təqdim edilmiş ərizələri qiymətləndirdikdən sonra qrant verənlər 1 aprel 2024-cü il tarixinədək müsabiqənin qalib(lər)ini və ya müsabiqənin ikinci mərhələsinə ehtiyac olduğunu elan edəcəklər. İkinci mərhələyə keçmiş ərizəçilərə onlayn və ya oflayn müsahibəyə dəvət məktubu göndəriləcək, onların nəticələrinə əsasən 10 aprel 2024-cü il tarixinədək müsabiqənin qalibi(ləri) elan ediləcək.
Ərizələri aşağıdakı formadan istifadə edərək, test tərcümələri ilə birgə “Abd-əl-Fəttah Fuməni. Tərcümə qrantı" qeydi ilə info@talyshfund.org və tolishi.akademiya@gmail.com elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.