İdarə heyəti
Kəmal Zulfizadə
(20. XII.1963-cü ildə Azərbaycan SSR Lerik rayonu Zardəbərə kəndində anadan
olub), Litva
İTF-nin həmtəsisçisi və 2017-ci idən Talış Milli Akademiyasının icraçı direktoru. 1986-cı ildə
V.P.Qoryaçkin adına Moskva Kənd Təsərrüfatı İstehsalı Mühəmdisləri İnstitutunu –indiki V.P.Qoryaçkin
adına Moskva Dövlət Aqrar Mühəmdisləri Universitetini bitirib. 1988-ci ildən Litvada yaşayır. 2011-
2015-ci illərdə Litvadakı “Talış” və “Azəri” birliklərinin sədri olub. 2011-2020-ci illərdə Şalçiçin
Fermerlər Assosasiyasının rəhbəri olub. 2014-2018-ci illərdə Litva Kənd Təsərrüfatı Palatasının Şura
üzvü olub. 2016-cı ildən Talış Milli Akademiyasının rəhbərlərindən biri olub. İTF təsis edilənəcən fərdi
mesenat olaraq Talış Milli Akademiyasından əlavə talış dilində kitab və qəzet dərcinə, həmçinin cizgi
filmlərinin talış dilinə tərcüməsinə maddi dəstək verib.
Əli Ağayev
(25.VI.1963-cü ildə Azərbaycan SSR Masallı rayonu Qızılavar kəndində anadan olub)
İsveç
İTF-in həmtəsisçisi və talış dilində yayımlanan “Zizə TV” internet televiziyasının təsisçisidir. 1986-cı ildə
V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu – indiki Bakı Slavyan Universitetini bitirib. 1986-2004-
cü illərdə pedaqoji fəaliyyətlə məşğul olub. 1992-1993-cü illərdə Masallı rayonunun icra hakimiyyətində
çalışıb. 2001-ci ildə Azərbaycan Respublikası Təhsilin Problemləri İnstitutunun – indiki Azərbaycan
Respublikasının Təhsil İnstitutunun aspiranturasını bitirib. 2004-cü ildə İsveçə mühacirət etməsinə
baxmayaraq Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməklə 2006-cı ildə Azərbaycan parlamentinə
namizədliyini irəli sürüb. İTF təsis edilənədək mesenatlıqla məşğul olaraq müxtəlif kitabların – konkret
olaraq “Əxbərnamə”, “Avesta” və Jak de Morqanın seçilmiş əsərlərinin talış dilinə tərcümə edilməsində
birbaşa iştirak edib.
Boris Talışinskiy
(04.01. 1968-ci ildə Azərbaycan SSR Lerik rayonu Pirəsora kəndində anadan olub)
Almaniya
İTF-in həmtəsisçisi və İnsan Haqları üzrə Talış Beynəlxalq Təşkilatının – TİMRO-nun təsisçisidir. 1994-
cü ildə Moskva Avtomobil Yolları İnstitutunu – indiki Moskva Avtomobil Yolları Dövlət Texniki
Universitetini bitirib. 1990-cı illərdə Rusiyada iqtisadiyyatın müxtəlif sahələrində rəhbərlikdə çalışıb.
2001-ci ildə Almaniyaya mühacirət edib. 27 dekabr 2019-cu ildən 7 avqust 2021-ci ilədək mühacirətdəki
Talış Muğan Muxtar Respublikası hökumətinin ekologiya və təbii sərvətlər naziri, 15 fevral 2021-ci ildən
7 avqust 2021-ci ilədək vitse-prezident olub. 7 avqust 2021-ci ildən isə Talış Muğan Muxtar
Respublikasının ikinci prezidentidir. İTF təsis edilənədək mesenatlıqla məşğul olaraq müxtəlif talış
maarifçiliyi layihələrinə dəstək verib.