Beynəlxalq Talış Fondu

Keçmişin saxlanılması, bugünkünün qorunması, gələcəyin qurulması

International Talysh Foundation

Talış milləti qədim zamanlardan İran-Azərbaycan sərhədinin hər iki tərəfində Xəzər dənizinin cənub-qərb sahilində kompakt şəkildə yaşamış, həm Cənubi Qafqazın, həm də Ön Asiyanın yerli xalqlarından biridir. Talışlar nadir İran dillərindən birində danışırlar, onun erkən formaları son əsrlərə qədər Qərbi Asiyanın daha geniş ərazilərində yayılmışdı.

Lakin son əsrlərdə talış milləti rəsmi statusun, o cümlədən talış dilində təhsilin və medianın olmadığı, talışşünaslığa qoyulan məhdudiyyətlər və talış fəallarına, tədqiqatçılarına və siyasətçilərinə qarşı təqiblərə məruz qaldığı şəraitdə bu gün daha da güclənən assimilyasiya ilə üzləşmişdir.

YUNESKO-nun “Təhlükədə olan Dünya Dilləri Atlası” nda talış dili “həssas” dillərdən biri kimi qeyd olunub. Talış dilinin monitorinqi və mühafizəsi proqramlarının olmaması, məhdudlaşdırılması və faktiki olaraq qadağan edilməsi bu dildə danışanların sayının getdikcə azalmasına səbəb olur.

Image
Image

Bundan əlavə, talış folklorunun toplanması, talış adət-ənənələrinin öyrənilməsi və toplanmış məlumatların yayılması proqramlarının olmaması talış mədəniyyətinin itməsinə səbəb olur. Talışlar öz milli institutlarını yaratmaq və möhkəmləndirmək, mədəniyyət və adət-ənənələrini inkişaf etdirmək imkanlarından məhrumdurlar. Talış milləti bu gün ətraf mühiti qorumaq və saxlamaq hüququndan məhrumdur və Birləşmiş Millətlər Təşkilatının yerli xalqların hüquqları haqqında Ümumi Bəyannaməsində tələb olunduğu halda, “öz torpaqlarının və ya ərazilərinin və digər resurslarının inkişafı və ya istifadəsi üçün prioritetləri müəyyən edə və strategiya hazırlaya bilmir”. Min illər boyu Talış dağlarının və Talış ovalığının təbiəti ilə yan-yana yaşamış talış milləti bu gün öz torpaqlarına təsir edən hadisələrə, eləcə də yaşadıqları ərazilərdə yerləşən sərvətlərdən istifadəyə nəzarət edə bilmir. Talışların əhəmiyyətli bir hissəsi daha yaxşı həyat axtarışında sosial-iqtisadi səbəblərdən öz torpaqlarını tərk etmək məcburiyyətində qalır, bununla da öz vətənləri ilə əlaqəni itirirlər.

Hələ XIX-cu əsrdə 1804-1813 və 1826-1828-ci illərin Rusiya-İran müharibələri nəticəsində talış millətinin yaşadığı ərazi – Talışıstan –döyüşən tərəflər arasında iki yerə bölündü. Və bu günə qədər talışlar dayanıqlı inkişaf məqsədlərini müəyyənləşdirə və həyata keçirə bilməyən bölünmüş millət olaraq qalırlar.

Talış millətinin yox olmaq təhlükəsi ilə üz-üzə qalaraq, biz onun nümayəndələri kimi, əlçatan olan bütün sivil və qanuni vasitələrlə millətimizi, mədəniyyətimizi, dilimizi və öz kimliyimizi qoruyub saxlamağı qarşımıza məqsəd qoymuşuq. Bu məqsədə çatmaq üçün biz Beynəlxalq Talış Fondunu (International Talysh Foundation) yaratdıq.

Image
Image

ITF talış millətinin tarixi-mədəni irsinin və dilinin qorunub saxlanılması, öyrənilməsi, populyarlaşdırılması və inkişaf etdirilməsi, o cümlədən, Talışıstanın dayanıqlı sosial-siyasi, iqtisadi və ekoloji inkişafı məqsədi ilə, müxtəlif mədəni, elmi- tədqiqat, təhsil, sosial, siyasi, ekoloji və infrastruktur layihələrini, həmçinin talış millətinin və onun bütün dünyadakı nümayəndələrinin hüquqlarının müdafiəsi üzrə layihələri başladır və dəstəkləyir, talış milləti ilə bağlı medianın istehsalına və yayılmasına kömək edir.

Beynəlxalq Talış Fondu fiziki və hüquqi şəxslərin könüllü və xeyriyyə ianələri hesabına fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. Fəaliyyətimizdə bizə göstərmək istədiyiniz hər hansı - maddi, maliyyə və könüllü - dəstəyi yüksək qiymətləndiririk.

Talış millətinin taleyinə biganə qalmadığınız üçün minnətdarıq, axı hər bir millətin, hər bir dilin, hər bir mədəniyyətin qorunub saxlanması dünyamızın bütün mədəni müxtəlifliyi ilə qorunub saxlanılmasıdır! Başqalarına və bir-birimizə kömək etməklə biz gələcəyimizə və hər bir insanın və hər bir millətin hüquqlarına hörmət edildiyi yeni, daha yaxşı dünyaya sərmayə qoyuruq. Biz birlikdə Talış millətinin keçmişini qoruya, bu gününü müdafiə edə və gələcəyini yarada bilərik!

Image

Fonda dəstəyiniz

Fondun maliyyəsi və büdcəsi könüllü ödəmələrdən, ianələrdən və hədiyyələrdən, o cümlədən vəsiyyət sərəncamlarından və miraslardan, habelə digər gəlirlərdən ibarətdir. Alınan bütün vəsaitlər Beynəlxalq Talış Fondunun məqsədlərinə cavab verən layihələrin maliyyələşdirilməsinə yönəldilir.

Bizim tərəfdaşlarımız

Image
Image
Image
Image
Image
Image

Mətndə səhvləri gördünüz?

Bizə bunu düzəltməyə kömək edin!
Formada qeyri-dəqiqliyi təsvir edin və düzgün variantı göstərin. Biz qeyri-dəqiqlikdən xəbərdar olacağıq və mümkün qədər tez düzəldəcəyik.
Təşəkkür edirik!

Zəhmət olmasa formanın bütün tələb olunan sahələrini doldurun.
Zəhmət olmasa formanın bütün tələb olunan sahələrini doldurun.
Image

Keçmişin saxlanılması, bugünkünün qorunması, gələcəyin qurulması

Məlumat

Fond təfərrüatları

Beynəlxalq Talış Fondu

Fond kodu: 306672627

Girulių g. 5, LT-12124 Vilnius, Lietuva (Litva)

+370 60189998

Fondun bank rekvizitləri

Bank hesabı: LT584010051005865233

Bank: Luminor Bank AS

Bank kodu: 40100

SWIFT kodu: AGBLLT2X